Magistraturaya qəbul imtahanlarının müsabiqə şərtləri açıqlanıb

03.02.2020 13:39 // Təhsil
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb.
DİM-dən Youthportal.az-a bildirilib ki, ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 13-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği müvafiq hesaba əlavə edir. Bunun üçün təqdim olunan ödəniş üsullarından istifadə etməklə 16 rəqəmli ödəniş kodu əldə edilməlidir.
İki və ya daha çox ixtisas üzrə bakalavr təhsilinə malik şəxslər öz istəklərinə uyğun olaraq onlardan birini seçməli və həmin ixtisas üzrə təhsil almaları ilə bağlı məlumatları “Bakalavrın elektron ərizəsi”nə daxil etməlidirlər. Bakalavrlar yalnız ərizə qəbulu zamanı təqdim etdikləri ali təhsil haqqında məlumatlarda (sənəddə) göstərilən ixtisasa uyğun olan qəbul proqramını və ixtisasları seçə bilərlər.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Tədrisi ingilis (alman) dilində olan ixtisasların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanda ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.
Xatırladaq ki, qəbul imtahanındakı nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Onlar iyunun 8-dən 18-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun olan proqramı və ixtisasları seçib təsdiq etməlidirlər.
Digər xəbərlər
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb
11.12.2020 19:40 // Siyasət
Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)
12.06.2020 15:08 // Gənclər üçün
Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
21.05.2020 14:08 // Cəmiyyət
Sabah Bakıda 28 dərəcə isti olacaq
21.05.2020 11:35 // Cəmiyyət
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq
21.05.2020 10:31 // Dünyada
Atəşkəs 22 dəfə pozulub
21.05.2020 09:39 // Qarabağ
Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə iki fərqli müsabiqə elan edir
20.05.2020 15:45 // Cəmiyyət
Sabah 34 dərəcə isti olacaq
20.05.2020 13:42 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
20.05.2020 10:33 // Qarabağ
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18.05.2020 15:09 // Gənclər üçün
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada
07.05.2020 15:35 // Siyasət
Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
22.04.2020 17:04 // Cəmiyyət
Gənclər “Tələbə baharı”na dəvət olunur
06.04.2020 11:20 // Gənclər üçün
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
06.04.2020 10:34 // Qarabağ
UNEC onlayn idarəetməyə keçdi
01.04.2020 14:10 // Təhsil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
01.04.2020 12:06 // Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
01.04.2020 09:32 // Qarabağ
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
30.03.2020 10:04 // Qarabağ
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
28.03.2020 15:37 // Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
27.03.2020 17:49 // Cəmiyyət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
26.03.2020 14:07 // Təhsil
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
20.03.2020 14:01 // Siyasət
Azərbaycanda Novruz bayramıdır
20.03.2020 13:30 // Cəmiyyət
Operativ Qərargah: Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
19.03.2020 15:40 // Cəmiyyət
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
19.03.2020 14:41 // Siyasət
AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb
19.03.2020 11:41 // Cəmiyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
19.03.2020 10:06 // Qarabağ
ATƏT koronavirusa görə Qarabağ münaqişəsi ilə əlaqədar monitorinqləri dayandırdı
19.03.2020 08:31 // Qarabağ
Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 16:19 // Siyasət
Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah
16.03.2020 08:11 // Cəmiyyət