Ru
Bakı
USD
EUR
GBP
RUB

Magistraturaların boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı avqustun 15-dən aparılacaq

news photo

07.08.2019 14:00 // Təhsil

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı avqustun 15-də başlanacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Youthportal.az-a bildirilib ki, bakalavrlar avqustun 23-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci nömrəsində dərc olunub.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi