Ru
Bakı
USD
EUR
GBP
RUB

Madrid teatrı enerjini alqışlardan alacaq

news photo

17.01.2019 11:06 // Dünyada

"Gran Vía" Madrid teatrı tamaşaçıların generasiya etdiyi enerjini işlətməyə qadir olan ilk İspaniya teatrıdır. O, bu səbəbdən "EDP Gran Vía" adlandırılıb.

Youthportal.az AZƏRTAC-a istinadən bildirir ki, növbəti 3 ildə teatrın hamiliyini öz üzərinə götürən "EDP" energetika şirkəti tamaşaçılar tərəfindən yaradılan bütün səsləri (alqışlar, salamlama və gülüş) tutaraq xüsusi akustik topluya göndərəcək. Bu toplu tamaşalar zamanı səs titrəyişlərini yığacaq və qeydiyyata alacaq. Tamaşanın sonunda emal edilən səs kilovat-saatlara çevriləcək.

Yığılan enerji haqqında məlumatlar teatrın sosial şəbəkələrdəki səhifələrində yayımlanacaq. Həmçinin teatrın ekranlarından birində hər şoudan sonra generasiya edilən kilovat-saatların sayğacı göstəriləcək. Ekranda, həmçinin maksimal miqdarda enerji toplayan tamaşaların siyahısı da əks olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 18 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi