Ru
Bakı
USD
EUR
GBP
RUB

"Macarıstanda təhsil çağırır məni!" inşa (esse) müsabiqəsi davam edir: Mükafat fondu 1050 AZN

news photo

02.03.2017 16:29 // Təhsil

Macarıstanın təqaüd proqramına (o cümlədən, öz hesabına oxumaq üçün Macarıstan universitetlərinə) sənədlərini göndərmiş tələbələr arasında “Macarıstanda təhsil çağırır məni!" adlı inşa (esse) müsabiqəsi keçirilir.

Qalibləri aşağıdakı mükafatlar gözləyir.

1-ci yer: 500 AZN mükafat (1 nəfər)

2-ci yer: 350 AZN mükafat (1 nəfər)

3-cü yer: 200 AZN mükafat (1 nəfər)

Esse müsabiqəsi Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Study in Hungary” tərəfindən keçirilir. İnşa müsabiqəsinin tam elanı ilə buradan tanış ola bilərsiniz: http://bit.ly/_İnsha_musabiqesi_ELAN

İnşa müsabiqəsində iştirak etmək istəyənlər buradakı online anketi (http://bit.ly/insha_musabiqesi_QEYDIYYAT) dolduraraq qeydiyyatdan keçməlidirlər. Tələbələr həmin anketi doldurduqdan sonra təşkilatçılar onların hər biri ilə e-mail vasitəsilə əlaqə saxlayacaq.

İnşa müsabiqəsinin keçirilməsi barədə bu elanı öz dost-tanışlarınız arasında paylaşmağı tövsiyyə edirik.

Xatırladaq ki, 2017-ci ildə Macarıstanın ən nüfuzlu universitetlərində təqaüdlü (pulsuz) təhsil almaq üçün 200 nəfər azərbaycanlı tələbəyə təqaüd yeri ayrılıb. Tələbələr Macarıstanın dövlət universitetlərində bakalavr, magistratura və PhD dərəcələrində pulsuz təhsil ala bilərlər.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

Suallarınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Hörmətlə,

Study in Hungary - Azərbaycan nümayəndəliyi

Web: www.study-hungary.com

Skype: studyhungary

Facebook - Instagram - Twitter - Youtube

Quality of our work: https://www.facebook.com/WhyToStudyInHungary/reviews

Subscribe to our newsletter: http://eepurl.com/cixNu9

Our certificates: http://bit.ly/2h1HrfL

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi