Ru
Bakı
USD
EUR
GBP
RUB

Luvr muzeyini ötən il rekord sayda insan ziyarət edib

news photo

03.01.2019 16:00 // Dünyada

Ötən il Luvr muzeyinə 10 milyondan çox ziyarətçi gəlib. Bu da muzey tarixində rekord göstərici sayılır.

Youthportal.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə muzeyin direktoru Jan-Luc Martinez bildirib.

Direktor qeyd edib ki, ötən il Fransa paytaxtında baş verən terror hücumları ziyarətçilərin sayında azalmaya təsir göstərsə də, sonradan Parisdə keçirilən “Beynəlxalq turizmin bərpası” layihəsi sayəsində rekordu qırmaq mümkün olub.

Qeyd edək ki, muzeydə son rekord 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9,7 milyon insan ziyarət edib.

Parisin mərkəzində yerləşən Luvr ən qədim muzeylərdən biri sayılır. Muzey ilk dəfə 1793-cü il noyabrın 8-də açılıb. Burada bədii və tarixi əsərlərdən ibarət zəngin kolleksiya toplanıb.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi