Ru
Bakı
USD
EUR
GBP
RUB

Luiş Fiqu Könüllülər Proqramının iştirakçılarına təbrik mesajı yollayıb

news photo

15.05.2019 13:17 // İdman

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.

Youthportal.az AFFA-ya istinadla xəbər verir ki, portuqaliyalı sabiq ulduz futbolçu Luiş Fiqu bununla əlaqədar könüllülərə təbrik mesajı yollayıb.

Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan futbolçu bu möhtəşəm tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib: “Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram".

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimiya Stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi