Ru
Bakı
USD
EUR
GBP
RUB

Los-Ancelesdə son 50 ildə ilk dəfə qar gözlənilir

news photo

22.02.2019 09:01 // Dünyada

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində son 50 ildə ilk dəfə qar yağacağı gözlənilir.

Youthportal.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Milli Metereologiya Xidmətinin əməkdaşı Devid Suit bildirib.

Onun sözlərinə görə, şəhərə Kanadanın Alberta əyalətində meydana gəlmiş soyuq atmosfer cəbhəsi yaxınlaşır: "Bu, bəlkə də, mənim Kaliforniyada gördüyüm ən soyuq atmosfer cəbhəsidir. Əvvəl bizdə səhərlər temperaturun aşağı düşməsi və yüngül şaxta qeydə alınırdı. Lakin mən bizim bu dərəcədə soyuq atmosfer cəbhəsi gördüyümüzü xatırlamıram".

Proqnozlara əsasən, San-Qabriel dağlarında miqdarı 152 mm-dək qar yağa bilər, Los-Anceles dairəsindən kənarda isə qar Hollivud-Hills rayonunda yağa bilər.

Qeyd edək ki, son dəfə güclü qar Los-Ancelesdə 1962-ci ilin yanvar ayında qeydə alınıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi