Ru
Bakı
USD
EUR
GBP
RUB

Londonda keçiriləcək xokkey üzrə Avropa çempionatının medallarını “Azərsuvenir” Bakıda hazırlayıb

news photo

20.08.2015 19:00 // İdman

Youthportal.az  AZƏRTAC-a  istinadla xəbər verir ki,Avqustun 21-dən 30-dək Londonda keçiriləcək otüstü xokkey üzrə Avropa çempionatında (EuroHockey-2015) uğur qazanacaq komandalara təqdim ediləcək medallar dəsti Bakıda Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb.

Çempionat ərəfəsində “EuroHockey-2015”in medallarının Britaniya paytaxtında təntənəli təqdimat mərasimi keçirilib. Müasir texnologiya əsasında yüksək peşəkarlıq və zövqlə hazırlanmış medalları sifarişçiyə “Azərsuvenir” MMC-nin direktoru Tariyel Ağayev təqdim edib, müəssisənin fəaliyyət istiqamətlərindən, ölkəmizin iqtisadi uğurlarından danışıb.

“Azərsuvenir”in xokkey üzrə növbəti qitə çempionatının medallarını hazırlamaq hüququnu tender müsabiqəsində qalib gələrək qazandığını vurğulayan T.Ağayev deyir:

- Ciddi rəqabət var idi, tenderdə medal istehsalı sahəsində tanınmış brendlər iştirak edirdi. Ancaq tender komissiyası üstünlüyü “Azərsuvenir”ə verdi. Əlbəttə, bu, təsadüfi deyildir. “Azərsuvenir” bundan əvvəl “Bakı-2015” ilk Avropa Oyunlarının medallarını hazırlamışdır. Mütəxəssislər “Bakı-2015”in medallarını bütün parametrlərinə görə yüksək qiymətləndirdilər. Londondakı təqdimat mərasimində çıxış edən mütəxəssislər dönə-dönə vurğuladılar ki, dünyada idman dövləti kimi tanınan Azərbaycan artıq beynəlxalq miqyaslı yarışların medallarının hazırlanması üzrə sifarişçi ölkədən sifariş qəbul edən ölkəyə çevrilib. Bu, çox qürurverici idi. Bu, müstəqil Azərbaycanın iqtisadi, siyasi və humanitar nüfuzunun beynəlxalq aləmdə daha da artmasının göstəricisidir.

Artıq Azərbaycan qitə miqyaslı iki idman yarışının medallar dəstini hazırlayıb. Biz “Bakı-2015”də uğur qazanan idmançılara “Azərsuvenir”in hazırladığı medalların təqdim olunması mərasimlərində keçirdiyimiz sevinc hissinin xoş təəssüratlarını indi də yaşayırıq. “EuroHockey-2015”də də bizim müəssisədə hazırlanan medallar uğur qazanan komandalara təqdim olunanda bir daha qürur hissi keçirəcəyik. Çünki bu işdə “Azərsuvenir”in peşəkar kollektivinin də əməyi var.

Sonda T.Ağayev onu da bildirdi ki, “Azərsuvenir” MMC-nin yaradılmasında əsas məqsəd dövlət orden və medallarının, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə aid olan naxışlarla işlənmiş suvenirlər hazırlamaqdır. Müasir texniki avadanlığa malik olan müəssisə bu istiqamətdə fəaliyyətini genişləndirir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi