Ru
Bakı
USD
EUR
GBP
RUB

Lionel Messi 6-cı dəfə “Qızıl top” mükafatını qazanıb

news photo

03.12.2019 12:14 // İdman

Dekabrın 3-də Parisdəki “Şatle” teatrında FIFA və “France Football” jurnalı 2019-cu ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.

Youthportal.az xəbər verir ki, “Qızıl top” mükafatına Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi layiq görülüb. O, səsvermə nəticəsində “Yuventus”un əsas qol silahı sayılan Kriştiano Ronaldunu və “Liverpul” komandasının müdafiəçisi Virgil van Deyki qabaqlayıb.

Mərasimdə, həmçinin FIFA tərəfindən ən yaxşı qapıçı İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beyker, ən yaxşı qadın futbolçusu ABŞ yığmasının yarımmüdafiəçisi Meqan Rapino, ən yaxşı gənc (20 yaşa qədər) futbolçusu adına isə Hollandiya millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mateas De Liqt layiq görülüb.

“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər argentinalı Lionel Messi 6, portuqaliyalı Kriştiano Ronaldu 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüb.

Xatırladaq ki, ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi