Ru
Bakı
USD
EUR
GBP
RUB

“LG” şirkəti süni intellektə malik ekzoskelet hazırlayıb

news photo

30.08.2018 16:51 // High-tech

“LG” şirkəti süni intellektlə təchiz olunmuş ekzoskelet təqdim edib. Qurğu peşəsinə görə işinin çox hissəsini ayaq üstündə keçirməyə məcbur olan insanlar üçün nəzərdə tutulub.

Youthportal.az techcult.ru saytına istinadla xəbər verir ki, ekzoskeletin elementlərindən biri döşəmədə sürüşməni təmin edən və öz istifadəçisinin fizioloji xüsusiyyətlərinə avtomatik uyğunlaşan ayaqqabılardır. İstehsalçıların fikrincə, bunun sayəsində oynaqlara yüklənmə azalır. Süni intellekt özü öyrənmək, istifadəçiyə və onu əhatə edən mühitə uyğunlaşmaq imkanına malikdir. Yeni ekzoskeletin imkanları haqqında hələ ki, ətraflı məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, ekzoskelet Berlində keçiriləcək “IFA 2018” beynəlxalq istehlak elektronikası sərgisində təqdim ediləcək.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi