Ru
Bakı
USD
EUR
GBP
RUB

“Leyli və Məcnun” operası növbəti dəfə repertuara salınıb

news photo

06.09.2019 18:07 // Cəmiyyət

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünəməxsus yer tutan “Leyli və Məcnun” operası növbəti dəfə repertuara salınıb.

Teatrdan Youthportal.az-a bildirilib ki, sənət ocağının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim ediləcək səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində izləniləcək.

Sentyabrın 28-də nümayiş olunacaq və 2 saat 30 dəqiqə davam edəcək operada Məcnun obrazını Xalq artisti Mənsum İbrahimov, Leylini isə Əməkdar artist Arzu Əliyeva canlandıracaq.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi