Ru
Bakı
USD
EUR
GBP
RUB

Lerik və Naftalan məktəblərində şagirdlərə sağlam qidalanma haqqında məlumat verilib

news photo

25.04.2019 14:47 // Təhsil

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirləri Lerik rayonu 1 nömrəli texniki-təmayüllü məktəb-lisey və Naftalan şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Youthportal.az-a verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, videoçarxlar təqdim edilib.

Məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, energetik içkilərin insan orqanizminə zərərləri, qida məhsullarında etiket məlumatları, fastfudun zərərləri, süd və süd məhsullarının faydası barədə ətraflı məlumat verilib.

Agentliyin əməkdaşları məktəbliləri maraqlandıran sualları cavablandırıb və onlar “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində iştirak etməyə dəvət ediliblər.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi