Ru
Bakı
USD
EUR
GBP
RUB

Lerik rayonunda gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi ilə əlaqədar tədbirlər keçirilmişdir

news photo

01.10.2018 16:30 // Gənclər üçün

Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Lerik rayonunda gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi ilə əlaqədar  Azərbaycanın Milli Qəhrəmanı V.Müslümov adına şəhər 2 saylı tam orta məktəbində tədbir keçirilmişdir.

Youthportal.az xəbər verir ki, tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik Rayon Filialının sədri, məktəblilər və gənclər  iştirak etmişdir. Tədbiri giriş sözü ilə Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov açaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sücayət göstərmiş döyüşçülərin və Milli Qəhrəmanların gənclər arasında tanıdılmasının vacibliyindən söz açdı. Daha sonra Milli qəhrəmanın döyüş yolundan həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd etdi  ki, cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Valeh Müslümov  Azərbaycan əsgərinin döyüş ruhunun sarsılmazlığını bir daha sübut etdi. Torpaq uğrunda, Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz  təcəssümüdür. 

Tədbirdə  çıxış edən Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik Rayon Filialının  sədri Veysəl Məlikov bildirdi ki, belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Valeh öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi. Valehdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Elə ordumuzun aprel döyüşlərində düşmənə verdiyi layiqli cavab bir daha sübüt edir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən zaman öz sözünü deməyə qadirdir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki, gec-tez ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bötüvlüyünü bərpa edəcək. Tədbir iştirakçılarına idarə tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış bukletlər paylandı. Sonda tədbir iştirakşıları qəhramanın xatirə muzeyində eksponatlarla tanış oldular.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi