Ru
Bakı
USD
EUR
GBP
RUB

Lənkəranda “Sən də könül ver” adlı layihə həyata keçirlmişdir

news photo

11.02.2019 15:40 // Cəmiyyət

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi və Lənkəran şəhər “Gənclər və İdman idarəsi”nin təşkilatı dəstəyi ilə gənclər arasında könüllülük istiqamətində maarifləndirmə işlərinin aparılması məqsədi ilə “Sən də könül ver”  adlı layihə həyata keçirlmişdir. 

Youthportal.az xəbər verir ki, Lənkəran şəhərində keçirilən layihə çərçivəsində müsabiqə əsasında seçilmiş 25 gənc təlimdə iştirak etmiş, karyera, kollektiv fəaliyyət, vətəndaş cəmiyyətinin inkişafında könüllülüyün rolu mövzusunda nəzəri biliklər almış və müxtəlif ölkələrin modelləri ilə tanış olmuşlar. Eyni zamanda təlim iştirakçıları cəmiyyətdə və xüsusən gənclərin həyatında mövcud problemlərin araşdırılması, onların həlli ilə bağlı təhlil işlərinin aparılması və layihə şəklində icrası istiqamətində fərqli modellər (simulyasiya) üzərində qruplar şəklində işləmək imkanı əldə etmişlər. Təlim iştirakçılar üçün həm məlumatlılıq, həm interaktivlik baxımından maraqla qarşılanmış və təlim sonrası keçirilən sorğu nəticələrinə əsasən stimul verici (gələcəkdə bənzər təlimlərdə fəal iştirak, digər təlim iştirakçıları ilə dostluq əlaqələri qurmaq, könüllü fəaliyyətlərə təşəbbüs göstərmək və s.) olmuşdur.

 Təlim sonrası təlimçilərə sertifikatlar təqdim edilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi