Ru
Bakı
USD
EUR
GBP
RUB

Lənkəranda Gənclərin Pəşəkar Biznes Klubunun təqdimatı keçirildi (FOTO)

news photo

12.12.2019 11:24 // Gənclər üçün

11 dekabr 2019-cu il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran Şəhər Gənclər və İdman idarəsi,Lənkəran Peşə Liseyi və “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təsis etdiyi “Pəşəkar” Biznes Klubunun açılışı-təqdimatı keçirildi.

Lənkəran Şəhər Gənclər və İdman idarəsindən Youthportal.az-a bildirilib ki, tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin,Lənkəran Peşə Liseyinin rəhbərlikləri, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “İVY Group” prezidenti, Rabitəbank və Yelo Bankın Lənkəran filialının rəhbərləri,əməkdaşları, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran üzrə nümayəndəsi və könüllüləri, rayonda müxtəlif biznes fəaliyyəti ilə məşğul olan, eləcə də biznes ideyası olan ictimai-fəal gənclər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev tədbir iştirakçılarını salamlayaraq bildirdiki, müxtəlif qurumların birgə əməkdaşlığı nəticəsində təsis olunan “Pəşəkar” Biznes Klubunun yarıdılması biznes fəaliyyəti ilə məşğul olan, eləcə də bu istiqamətdə ideya və təşəbbüsləri olan Lənkəran rayonun,həmçinin regionun  aktiv gənclərini bir araya yığmaq, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tərəfindən təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin sahibkarlıq fəaliyyətini dətəkləməklə regionda sahibkarlıq mühitinin inkişafına təkan vermək məqsədi daşıyır. Daha sonra çıxış edənlər: Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimli son dövlər ölkədə həyata keçirilən dövlət təhsil siyasətinin əsas istiqaməti kimi peşə təhsilində baş verən ən son yeniliklərdən,eləcə bu gün cəmiyyətədə  peşə təhsilə artan maraqdan danışdı. Daha sonra çıxış edənlər: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşı Sabir Zeynallı, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri Raiq Əliyev təmsil etdikləri qrumların fəaliyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, təsis edilən “Pəşəkar” Biznes Klubu ilə əməkdaşlığa daim hazır olduqlarını bildirdilər.Çıxışlardan sonra tədbir  “İVY Group” prezidenti Tamerlan Vahabovun mövzu ətrafında  təqdimatı və gəncləri mövzu ilə bağlı maraqlandıran  interraktiv diskusiya şəklində davam etdi.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi