Ru
Bakı
USD
EUR
GBP
RUB

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anım tədbir keçirildi (FOTO)

news photo

18.01.2020 16:59 // Gənclər üçün

18 Yanvar 2020-ci il tarixdə Lənkəran Şəhər  Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər Gənclər və İdman İdarəsi,Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilmişdir.Tədbir çəçivəsində ilk öncə yeniyetmə və  gənclərin qanlı yanvar hadisələri ilə  bağlı rəsm əsərlərinin sərgisi təşkil olunmuş,sərgiyə baxış keçirilmişdir. Sərgiyə baxışdan sonra tədbir Mərkəzin akt zalında davam etmişdir.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıqova açaraq, tədbir iştirakçılarını salamlamış, qanlı yanvar hadisələri, xalqımızın başına gətirilən müsibətlər və Azərbaycan xalqının qəhrəman oğul və qızlarının azadlıq yolu uğrunda verdiyi haqq mücadiləsi haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.Daha sonra çıxış edənlər: Lənkəran Şəhər Gənclər və İdman  İdarəsinin rəis vəzifəsini icra edən Elbəy Fətəliyev  və Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli öz çıxışlarında  bildirdilər ki, 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanması və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşiliklər törətdi, günahsız insanları qətlə yetirdi.Çıxışlarda həmçinin o da vurğulandı  ki, 20 Yanvar-ümumxalq hüzn günü Azərbaycan xalqının başına sovet hökuməti tərəfindən gətirilmiş ən dəhşətli faciələrdən biri olmaqla bərəbər, həm də həmin qanlı yanvar hadisələrində şəhid olmuş qəhrəman oğul və qızlarımızın Azərbaycan xalqına bəxş etdiyi müstəqillik və azadlıq səhifəsidir. Çıxışlardan sora məktəblilərin, tələbələrin qanlı yanvar hadisələri haqqında hazırladıqları kompazisiyalar, müxtəlif səhnəciklər nümayiş olundu.Sonda Azərbaycanın qəhrəman oğul və qızlarının  30 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət və qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olundu.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi