Ru
Bakı
USD
EUR
GBP
RUB

Lənkəran Dövlət Dram Teatrı İranda teatr festivalında ölkəmizi təmsil edəcək

news photo

04.07.2019 15:43 // Cəmiyyət

Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasında keçiriləcək teatr festivalına dəvət olunub.

Teatrın direktoru Tofiq Heydərov bildirib ki, İran İslam Respublikasının Zəncan şəhərində iyulun 8-dən 12-ə kimi davam edəcək Milli Teatr Festivalında Lənkəran Dövlət Dram Teatrı ölkəmizi Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.

Süjet xətti Azərbaycan folklorundan qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları Əməkdar artist Sucəddin Mirzəyev, teatrın aktyorlarından Emin Fərzullayev və Sayad Əliyev ifa edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi