Ru
Bakı
USD
EUR
GBP
RUB

Layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi (FOTO)

news photo

28.10.2019 11:46 // Gənclər üçün

“Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərindən könüllülük hərəkatına ilk addım” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbirini həyata keçirmişdir. Tədbir 26.10.2019-cu il tarixdə Zərdab rayonunun Şıxbağı kəndində baş tutumuşdur. Tədbirdən əvvəl rəsmi qonaqlar Şıxbağı kənd şəhidlərinin xatirə abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələrə qoymuşlar.

İctimai Birlikdən Youthportal.az-a bildirilib ki, Zərdab RİH-nin məsil işçisi Tural Nağıyev tədbiri giriş sözü ilə açaraq ölkədə vüsət alan könüllülük hərəkatından danışaraq bu layihənin icrası sayəsində region gənclərin də bu hərəkata tövhə verəcəyinə inanadığını bildirdi. Sonra layihə barədə geniş məlumat vermək üçün sözu İB-in sədr müavini Eldar Xəlilova verdi. Eldar Xəlilov da layihə barədə və onun əhəmiyyəti barədə geniş danışdı. Sonra İB-in idarə heyətinin üzvü Şükürzadə Şəhriyar  hazırlanmış video çarx vasitəsilə Azərbaycan Gənclər Fondu haqqında və “Gəncliyə Dəstək” ictimai birliyi haqqında geniş məlumat verdi və çıxışında könüllülük fəaliyyətinin vacibliyini gənclərə çatdırdı. Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcyi iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirdə çıxış edən Şıxbağı kənd tam orta məktəbin direktoru Sabir Əhmədov layihənin cox əhəmiyyətli olmasını, gənclərin içtimai fəallığının artırılması məqsədilə könüllülük fəaliyyətinə cəlb olunmasını və xüsusilə kəndli gənclərin cəlb olunmasını alqışladığını qeyd etdi. Kəndlərə gələrək kəndli gənclərlə yaxından iş qurmağın təqdirə layiq olduğunu bildirən  məktəbin direktoru Sabir Əhmədov belə tədbirlərin davamlı olmasını xahiş etdi.

Tədbirdə Şıxbağı kəndinə yaxın kəndlərinin də gəncləri olmaqla 20 nəfər gənc iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu, geniş video-çarx nümayiş olundu.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi