Ru
Bakı
USD
EUR
GBP
RUB

Layihə çərçivəsində maarifləndirici tədbir keçirildi (FOTO)

news photo

14.10.2019 12:41 // Gənclər üçün

12.10.2019-cu il tarixdə Zərdab şəhərində “Zərdabi yolu”Tədris Mərkəzində layihə çərçivəsində maarifləndirici tədbir keçirildi. Xatırladaq ki, “Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım”adlı layihəsinin icrasını davam etdirir.

Youthportal.az xəbər verir ki, tədbiri “Zərdabi yolu”Tədris Mərkəzinin rəhbəri Natiq Eyvazov açaraq, ölkədə vüsət alan könüllülük hərəkatından, layihənin əhəmiyyətindən danışdı və sözü layihə rəhbəri Vəfa Xəlilliyə verdi. Layihənin rəhbəri Vəfa Xəlilli layihə barədə geniş məlumat verdi. Sonra Vəfa Xəlilli hazırlanmış videoçarx vasitəsilə layihə barədə, təşkilat və donar barədə məlumatlar verdi və könüllülük fəaliyyətinin vacibliyi gənclərə çatdırıldı. Təşkilatın sədr müavini Eldar Xəlilov da layihə barədə və onun əhəmiyyəti barədə geniş məlumat verdi. Tədbirdə vurğulandı ki, ölkədə vüsət alan könüllülük hərəkatına region gəncləri bu layihə sayəsində böyük töhfə verəcəklər.

Daha sonra könüllülük barədə hazırlanmış geniş videoçarx nümayiş olundu, gənclərin könüllü kimi qeydiyyatdan keçmələri təşviq olundu. Layihə çərçivəsində gələcəkdə könüllülər üçün film saatı, əyləncəli və intellektual oyunlar, həmçinin müsabiqələr təşkil ediləcyi iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirdə 20 nəfər iştirak edirdi. İştirakçılara bukletlər və dəftərxana materialları paylandı və çay-kofe fasiləsi oldu.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi