Ru
Bakı
USD
EUR
GBP
RUB

Latviyada II Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək

news photo

16.07.2019 16:54 // Cəmiyyət

İyulun 26-27-də Latviyanın Gulbene şəhərində “İki Yuliya” adlı II Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək.

Youthportal.az xəbər verir ki, festival Latviyanın iki məşhur tətbiqi sənət ustası Yuliya Madernieks və Yuliya Straumemin xatirəsinə həsr olunub. Festival çərçivəsində keçiriləcək elmi konfransda Azərbaycan, Latviya, Gürcüstan, İran və Rusiyadan dəvət olunmuş mühazirəçilər çıxış edəcək.

Festival 5 hissədən ibarət olacaq və hər bir hissə müxtəlif tarixi məkanda baş tutacaq. Tədbirlər sırasında sap rəngləmə, dülgərlik, yun toxuma və sairə üzrə ustad dərsləri, habelə mövzulara dair sərgilərin keçirilməsi nəzərdə tutulub.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi