Ru
Bakı
USD
EUR
GBP
RUB

“Laçın” musiqi qrupu Litvada beynəlxalq tədbirlərdə çıxış edib

news photo

01.06.2018 16:37 // Cəmiyyət

Azərbaycanın Litvadakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçirdiyi tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gəlmiş “Laçın” musiqi qrupu beynəlxalq “Skamba skamba kankliai” folklor festivalında da uğurla çıxış edib.

Youthportal.az xəbər verir ki, festivalda musiqiçilərimiz Tuqay İsmayılov (müğənni), Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) çıxış ediblər. “Skamba skamba kankliai” festivalı 1973-cü ildən keçirilir və etno-folklor zəmində Litvanın nüfuzlu beynəlxalq tədbirlərindən hesab olunur. Builki festivalda Azərbaycanla yanaşı, Latviya, Polşa, Kipr, Misir, Estoniya, Rusiya, Niderland, Belarus və digər ölkələrdən kollektivlər iştirak ediblər.

Vilnüsdən başqa, Druskininkai şəhərində də çıxış edən musiqiçilərimiz muğam və Azərbaycan xalq mahnılarını səsləndiriblər. Festival təşkilatçıları azərbaycanlı musiqiçilərin ifasından əvvəl çoxsaylı tamaşaçılara Qarabağ muğam məktəbi, Şuşa xanəndələri haqqında məlumat verib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı təqdimatlar ediblər.

Litva Prezident Administrasiyasının qarşısındakı meydanda keçirilən qala-konsertdə musiqiçilərimizin çıxışları alqışlarla qarşılanıb.

“Laçın” musiqi qrupunun üzvləri festivalda fəal iştiraklarına görə Litva mədəniyyət nazirinin və Vilnüs şəhər merinin fəxri diplomları ilə təltif olunublar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi