Ru
Bakı
USD
EUR
GBP
RUB

Kunq-fu üzrə Azərbaycan çempionatında 500-dən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq

news photo

25.04.2019 16:32 // İdman

Mayın 4-5-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kunq-fu üzrə Azərbaycan çempionatı təşkil olunacaq. Yarışda 30 klubdan 500-dən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq.

Bu sözləri Youthportal.az-a müsahibəsində Azərbaycan Kunq-fu Federasiyasının vitse-prezidenti Tural Alışanlı deyib.

Vitse-prezident diqqətə çatdırıb ki, yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunacaq yarışın baş hakimi Babək Əliyev, baş katibi isə Rəcəb Məmmədov olacaq. İki gün davam edəcək yarışa ölkəmizin ən güclü idmançıları qatılacaqlar.

“Federasiya tərəfindən idmançılar üçün hər cür şərait yaradılıb. Bir neçə gün əvvəl Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov idmançılarla görüşüb və gələcək yarışlara hazırlıqla bağlı onlarla fikir mübadiləsi aparıb. Bu il idmançılarımızı ciddi sınaqlar gözləyir. İnanıram ki, milli komandamızın üzvləri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib, himnimizi səsləndirəcəklər”, - deyə T.Alışanlı əlavə edib.

Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi