Ru
Bakı
USD
EUR
GBP
RUB

Kredit kartı boyda telefon satışa çıxır

news photo

22.10.2018 14:06 // High-tech

Yaponiyanın ən böyük telekommunikasiya firmalarından olan NTT Docomo 5.3 mm qalınlığında telefonu gələn ay bazara çıxaracağını bildirib.

Youthportal.az xəbər verir ki, 4G funksiyasını dəstəkləyən telefon kredit kartı böyüklüyündədir və beləliklə də pulqabının kredit kartı üçün ayrılan ciblərinə rahatlıqla yerləşir.

Telefon böyük "ağıllı telefon" sahibi olan və ikinci kiçik telefon daşıyan adamların sayının artması ilə bazara çıxarılır.

Telefonun çəkisi 47 qramdır və ekranında elektron kitab planşetlərində olduğu kimi e-kağız texnologiyası var.

Cihazın zəng etmək, mesaj göndərmək və internet funksiyaları var, lakin ona əlavə tətbiqetmələr yükləmək mümkün deyil.

Telefonun kamerası da yoxdur.

Kyocera şirkətinin istehsal edəcəyi Card Ketai KY-01L adlı telefonun qiyməti 280 dollar (475 azn) olacaq.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi