Ru
Bakı
USD
EUR
GBP
RUB

Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili müəssisəsinə qəbul davam edir

news photo

09.08.2019 17:17 // Təhsil

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili müəssisəsinə qəbul davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Youthportal.az-a bildirilib ki, ərizə qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində ödənişsiz şəkildə və elektron qaydada aparılacaq.

Xatırladaq ki, cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Tədris prosesində istifadə edilən kurikulumlar koreyalı ekspertlər, habelə özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahları operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika ustası ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq imkanı nəzərdə tutulur.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi