Ru
Bakı
USD
EUR
GBP
RUB

Koreya Respublikasında təqaüd proqramı

news photo

20.02.2019 11:08 // Təhsil

Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib.

Youthportal.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən ödəniləcək. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi