Ru
Bakı
USD
EUR
GBP
RUB

“Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin nümayəndə heyəti İsmayıllı Peşə Tədris Mərkəzində olub

news photo

10.09.2019 12:16 // Təhsil

İsmayıllı Peşə Tədris Mərkəzində “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin nümayəndələri ilə görüş keçirilib.

Peşə Tədris Mərkəzindən Youthportal.az-a bildirilib ki, görüşdə Azərbaycanın “World Skills International” təşkilatına üzv olması üçün bu qurumun əsasnaməsinə istinadən təyin edilmiş meyarlar müzakirə olunub. Ölkəmizin bu meyarlara qısa zaman ərzində cavab verməsi üçün Koreya, eyni zamanda, təşkilata üzv digər ölkələrin uğurlu təcrübələrinin bölüşülməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin nümayəndə heyəti İsmayıllı Peşə Tədris Mərkəzinin aşpaz, dərzi, xalçaçılıq ixtisasının tələbələri üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün emalatxanalarda, tələbələrin iş yerində öyrənmə proqramları ilə tanışlıq məqsədilə mərkəzin əməkdaşlıq etdiyi işəgötürən müəssisələrdə olub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi