Ru
Bakı
USD
EUR
GBP
RUB

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

news photo

09.12.2019 13:15 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş “Könüllülük Sərhəd Tanımır!” devizi altında keçirilən tədbirlərlə davam edib.  

Youthportal.az xəbər verir ki,“Könüllülük Sərhəd Tanımır!” Aksiyasında iştirak edən 500 gənc könüllü Lənkəran, Zaqatala, Şəki, Quba, Mingəçevir, Gəncə şəhərlərində fəaliyyət göstərən uşaq evləri, internat məktəbləri və ahıllar evlərini ziyarət edərək bu müəssisələrin sakinlərinə öz dəstək və qayğılarını nümayiş etdirmiş, onların iştirakı ilə müxtəlif oyunlar və əyləncəli proqramlar təşkil etmişlər. Dekabrın 1-də “ŞəhidimİZ” və “VətənimİZ” kampaniyaları ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi” 9 dekabr tarixinə qədər bütün ölkəni əhatə edən kütləvi tədbirlərin, o cümlədən “TəbiətimİZ” adı altında ekoloji aksiyanın təşkili ilə davam edəcəkdir. 5 dekabr tarixində Azərbaycan Könüllülərinin 2-ci Respublika Həmrəylik Forumunda  və xüsusi konsert-əyləncə proqramında minlərlə gəncin iştirakı gözlənilir. Həftənin ən fəal 300 könüllüsü isə 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəkdir. Bütün gənclərimizi “Azərbaycan Könüllülük Həftəsi”-də fəal iştirak etməyə və bizi sosial şəbəkələrdə izləməyə dəvət edirik!

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi