Ru
Bakı
USD
EUR
GBP
RUB

Könüllü təşkilatları ilə “Könüllülər İli”nə həsr olunmuş müzakirələr təşkil olunub

news photo

15.01.2020 11:39 // Gənclər üçün

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə bağlı 14 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində gənclər təşkilatları və könüllü hərəkatlarının iştirakı ilə görüş keçirilib.

Fonddan Youthportal.az-a verilən məlumata əsasən, görüşün keçirilməsində əsas məqsəd 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncama uyğun olaraq könüllü fəaliyyətin təşviqi, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər, yeni təşəbbüslər barədə müzakirələrin təşkili olub.

Görüş zamanı iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması qeyd olunub.

Görüşdə həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzun müddətli proqramların icrası, könüllülər üçün düşərgələrin təşkili və digər istiqamətlər ilə bağlı təkliflər dinlənilib və geniş müzakirələr aparılıb.

Qeyd edək ki, könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biridir. Belə ki, Fond tərəfindən keçirilən qrant müsabiqələrində və müsabiqədən kənar maliyyələşdirilən layihələr üçün müəyyən edilən mövzular sırasında mütəmadi olaraq könüllülük fəaliyyətinin təşviqi də yer alır. 2019-cu il ərzində Gənclər Fondunun “Gənc Könüllü” proqramının fəaliyyəti genişləndirilmiş, regionlarda təmsilçiliyi artıb. Proqram vasitəsi ilə yüzlərlə gənc ilk dəfə könüllü hərəkatına qoşulub və nümayəndəliklərin fəaliyyətinin təşkilində aktiv iştirak ediblər.

1-9 dekabr tarixlərində “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilib. Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın əksər şəhər və rayonlarını əhatə edən “Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunub. Həftə çərçivəsində eyni zamanda 79 yerli icra hakimiyyəti orqanı tərəfindən ümumilikdə 15,000-dən çox könüllünün iştirakı ilə 100-dən çox tədbir keçirilib.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi