Ru
Bakı
USD
EUR
GBP
RUB

“Könüllü qonaq” təşəbbüsünə Quba gəncləri qoşulublar

news photo

22.01.2020 16:52 // Gənclər üçün

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Quba gəncləri də qoşulublar.

Xatırladaq ki, adıçəkilən təşəbbüs çərçivəsində gənclər qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

İş prosesi sonrası gənclər ailələr ilə çay süfrəsində səmimi söhbətlər edir və bu əsnada ailələr öz həyat hekayələrini Gənc Könüllülərlə paylaşırlar.

Quba gəncləri bu sosial könüllülük fəaliyyətinə töhfə verərək, ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də fəal olmağa, #konulluqonaqtəşəbbüsünə qoşulmağa çağırıblar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi