Ru
Bakı
USD
EUR
GBP
RUB

Könüllü əsaslarla işləmək istəyən gənclərin nəzərinə!

news photo

03.04.2017 17:46 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

BŞTİ-dən bildiriblər ki, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər bu qurumun müxtəlif sektorlarında və xidmət bölmələrində üç ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Maraqlananlar tərcümeyi-hallarını konullu@baku.edu.gov.az elektron poçtuna göndərə bilərlər.

Əlavə məlumat almaq üçün BŞTİ-nin rəsmi sayatında yerləşdirilən elanla tanış olmaq olar.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi