Ru
Bakı
USD
EUR
GBP
RUB

“Kon-Tiki” filmi “YARAT”da ilk dəfə nümayiş ediləcək

news photo

07.01.2019 16:50 // Cəmiyyət

Yanvarın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində Norveç istehsalı olan “Kon-Tiki” filmi nümayiş ediləcək.

Youthportal.az xəbər verir ki, ssenari müəllifləri Petter Skavlan və Allan Skott olan ekran əsərində rollarda tanınmış aktyorlar Paul Sverre Valheim Hagen, Anders Baasmo Kristiansen, Tobias Zantelman, Gustaf Skarsgard və Odd Magnus Villiamson çıxış edirlər.

"Kon-Tiki" – real hadisələrə əsaslanan tarixi bir macəra filmidir. Film, məşhur Norveç səyyahı Tur Heyerdala həsr olunub. Onun ekspedisiyası tarixdə əsl şücaət kimi yadda qalıb. 1947-ci ildə Sakit okean suları üzərində edilən bu səfər ona dünya şöhrətini gətirdi.

Film, ideyanın yaranması, səfər ərəfəsində hazırlıq işləri və səyahət zamanı baş verən hadisələrdə bəhs edir.

Film ingilis dilində rus subtitrləri ilə nümayiş olunacaq.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi