Ru
Bakı
USD
EUR
GBP
RUB

Konfutsi İnstitutunun müəllimləri Çin küftələrinin hazırlanması üzrə ustad dərsi keçiblər

news photo

24.12.2018 14:32 // Təhsil

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin “Dunçji” (“Qışın zirvəsi”) bayramına həsr olunan tədbir keçirilib. Tədbir iştirakçılarına Çin küftələrinin hazırlanması üzrə ustad dərsi keçirilib.

Konfutsi İnstitutundan Youthportal.az-a bildirilib ki, dekabrın 22-də ənənəvi “Dunçji” (“Qışın zirvəsi”) bayramı hər il Çin xalqı tərəfindən qeyd olunur. Bayramla əlaqədar Konfutsi İnstitutunda tədbir iştirakçılarına Çin küftələrinin hazırlanma qaydaları izah edilib. Tədbirdə Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Luo Syaodji və Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli iştirak ediblər.

Konfutsi İnstitutunun müəllimləri “Dunçji” bayramının xüsusi fəlsəfəsi barədə danışıblar. Sonra “Dunçji” bayramında süfrələrdə yer alan xüsusi Çin küftələrinin hazırlanma qaydalarını əks etdirən videoçarx nümayiş olunub.

Tələbələr Konfutsi İnstitutunun müəllimləri ilə birgə Çin küftələri hazırlayıblar. Tədbir iştirakçıları Çin adət-ənənələri barədə geniş məlumat əldə edib, Çin mətbəxinin ənənəvi nümunəsi ilə tanış olub, bu ölkənin dili ilə bərabər, mədəniyyətini də daha dərin anlamaq üçün fürsət qazanıblar.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi