Ru
Bakı
USD
EUR
GBP
RUB

Konfutsi İnstitutu “Çin təqvimi üzrə Yeni il @ Bakı” adlı tədbirdə iştirak edib

news photo

17.01.2020 10:16 // Təhsil

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan Milli Xalça Muzeyində Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirdə iştirak edib.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxışı zamanı Çin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib və bu silsilə tədbirlərin iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Silsilə tədbirlər çərçivəsində ADU Konfutsi İnstitutunun müəllimləri tərəfindən Qədim Çin çay dəmləmə mərasimi, Çin kağız kəsmə sənəti, pəncərələrin bəzədilməsi, sehirli Çin ilmələri, pandanın hazırlanması, Çin fənərləri, ənənəvi açıqcaların heroqliflərlə yazılması və Pekin opera maskalarının bəzədilməsi kimi maraqlı ustad dərsləri keçirilib.

Çin dilindən tərcümədə onlara ADU-nun çinşunaslıq ixtisası üzrə təhsil alan tələbələri kömək ediblər. Ustad dərsləri ilə yanaşı bu mövzuda video-çarxlar nümayiş olunub. ADU Konfutsi İnstitutunun müəllimləri həmçinin Çin incəsənəti mövzusunda mühazirə təşkil ediblər. ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanla Çin arasında mədəni sahədə mübadilə ilə bağlı məsələlərə toxunararaq bildirib ki, Konfutsi Institutu Çin mədəniyyətinin ölkəmizdə təbliği ilə bağlı əlindən gələni əsirgəmir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq edərək Çinin ənənəvi bayramlarının qeyd edilməsinə dəstək olur.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi