Ru
Bakı
USD
EUR
GBP
RUB

Kompüter kurslarını müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar verilib (FOTO)

news photo

12.06.2019 11:55 // Gənclər üçün

İyunun 11-də Gənclər və İdman Nazirliyinin inzibati binasında kompüter kurslarını müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin dayanıqlı inkişafın “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq sosial müdafiəyə ehtiyacı olan gənclər üçün təşkil etdiyi kompüter kursu aprelin 1-dən mayın 25-dək keçirilib.Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, nazirlik mütəmadi olaraq gənclər üçün təmənnasız kompüter təlim kursları təşkil edir. 

Əsas hədəf odur ki, XXI əsrdə müasir Azərbaycan gəncliyi yeni texnologiyaları daha yaxşı mənimsəsinlər. Bu gün artıq həyatımızı kompütersiz, internetsiz təsəvvür etmək olmaz. Kompüter biliklərinin əldə edilməsi gənclərimizin məşğulluğunun artırılmasına da müsbət təsir göstərir. Müasir Azərbaycan gənci istər kompüter, istərsə də digər sahələrdə biliklərini artırmalı, vətənpərvər olmalıdır. Prezident İlham Əliyev hər zaman gənclərlə görüşdə bunu xüsusi vurğulayır. Bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dövlətimizin başçısı gənclərin vətənpərvər və təhsilli olmalarının vacibliyini bir daha vurğuladı”.Sonda kompüter kurslarında iştirak edən Şuşa və Laçın rayonlarından olan 160 nəfərə sertifikatlar verilib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi