Ru
Bakı
USD
EUR
GBP
RUB

“Komparativistikanın işığında” kitabı nəşr olunub

news photo

23.07.2019 15:23 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı “Elm və təhsil” nəşriyyatında rus dilində çapdan çıxıb.

Ədəbiyyat İnstitutundan Youthportal.az-a bildirilib ki, elmi şuranın qərarı ilə çap olunmuş 192 səhifəlik monoqrafiya giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya üzrə elmlər doktoru Sara Osmanlı və filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədovadır.

Kitabda Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Məmməd Qocayevin elmi fəaliyyəti, həmçinin klassik rus ədəbiyyatı ilə bağlı tədqiqatları əks olunub. Müəllif Fyodor Dostoyevski və Lev Tolstoyun həyat və yaradıcılığını araşdırarkən yeni mənbələrdən istifadə edib.

Əsərdə, həmçinin rus dekadent şairlərinin əsərləri də tədqiq olunub ki, bu da müvafiq cərəyan haqqında tam fikir formalaşdırmağa kömək edir. Eyni zamanda, Şərqin dekadentlik dövrünün şair-simvolistlərdən K.Balmontun və V.Xlebnikovun həyat və yaradıcılığına təsirləri tədqiq olunub.

Monoqrafiyanın sonuncu fəsli isə əsasən komparativistika ilə bağlıdır.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi