Ru
Bakı
USD
EUR
GBP
RUB

Kolumbiyada ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı xatirə gecəsi keçirilib

news photo

12.12.2018 15:49 // Siyasət

Dekabrın 11-də Azərbaycanın Kolumbiyadakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib.

Səfirlikdən Youthportal.az-a verilən məlumata görə, müvəqqəti işlər vəkili Həmid Zeynalov tədbir iştirakçılarına təşəkkür edərək qeyd edib ki, bu gün görkəmli dövlət xadimi, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr edən Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Diplomat diqqətə çatdırıb ki, əvəzolunmaz insan, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. Ulu öndərin xatirəsinin həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda ehtiramla yad edildiyini bildirərək, Heydər Əliyevin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən danışıb. H.Zeynalov qeyd edib ki, dahi şəxsiyyət öz müstəsna xidmətləri ilə xalqın qəlbinə və tarixin yaddaşına əbədi həkk olunub.

H.Zeynalov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda müstəqilliyin ilk illərində siyasi xaos hökm sürdüyünü bildirib. O, diqqətə çatdırıb ki, ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda Azərbaycan xalqın təkidli tələbi ilə Bakıya gələrək müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısını qətiyyətlə alıb. ümummilli lider Heydər Əliyevin müdrikliyi və apardığı düzgün siyasət nəticəsində Azərbaycan qısa müddət ərzində bütün təhlükələrdən qurtulub, müstəqil dövlətə çevrilib, Azərbaycan sabitlik inkişaf dövrünə qədəm qoyub.

Müvəqqəti işlər vəkili vurğulayıb ki, ulu öndərin müəyyənləşdirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra işğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlərlə yaxın münasibətlərin qurulması və inkişaf etdirilməsinə nail olunub.

Diplomat bu gün Azərbaycanın Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini xüsusi qeyd edib, son illər ölkəmizin qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib.

Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk Çil tədbirdə çıxış edərək Heydər Əliyev tarixi bir şəxsiyyət və Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı olduğunu söyləyib. Səfir Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında tanındığını və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolunu diqqətə çatdırıb.

Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi