Ru
Bakı
USD
EUR
GBP
RUB

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı” müsabiqəsi başlayır

news photo

28.11.2019 17:22 // Cəmiyyət

Azərbaycanda ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsi keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Youthportal.az-a bildirilib ki, bu gündən etibarən müsabiqəyə müraciətlərin qəbuluna başlanılır. “Ernst&Young Azərbaycan” (EY) şirkəti tərəfindən təsis edilmiş “EY ilin iş adamı” proqramı dünyada ən nüfuzlu biznes mükafatlarındandır.

2019-2020-ci illər üzrə “EY ilin iş adamı” proqramı çərçivəsində “Ernst&Young” KOBİA ilə əməkdaşlıq edir.

Bu il “EY ilin iş adamı” proqramının diqqət mərkəzində kiçik və orta sahibkarlar dayanır. Azərbaycanın bütün sektorlarından olan kiçik və orta müəssisələr 2020-ci il yanvarın 15-dək müsabiqədə iştirak üçün müraciət edə bilərlər. 2019-2020 proqramının finalçıları və milli müsabiqənin qalibi gələn il martın 11-də elan ediləcək.

“Ernst&Young Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru və “EY ilin iş adamı” proqramının rəhbəri İlqar Vəliyev deyib: “Ölkəmizdə ilk dəfə olaraq “EY ilin iş adamı” proqramını təqdim etməkdən məmnunuq. Bu il biz ölkənin kiçik və orta sahibkarlarını uğurlu biznesin qurulması ilə yanaşı, ətrafındakı icmaların həyatını yaxşılaşdırması üçün dəstəkləməyə və həvəsləndirməyə çalışacağıq. Milli müsabiqənin qalibi Azərbaycanı təmsil etmək üçün 2020-ci ilin iyununda Monakoda digər ölkələrin finalçıları ilə mübarizə aparacaq. Bu, istedadlı sahibkarlarımızı qlobal müstəvidə tanıtmaq üçün yaxşı fürsətdir".

Dünyanın 60-dan çox ölkəsində keçirilən “EY ilin iş adamı” proqramı sahibkarlıq fəaliyyətini təşviq edir, uğurlu iş adamlarının liderlik xüsusiyyətləri və nailiyyətlərini potensial sahibkarlarla bölüşməsinə vasitəçi olur. Müsabiqəyə bütün sahələrdə Azərbaycanın istənilən regionundan olan sahibkarlar qoşula bilər. Namizədliyini irəli sürəcək şəxslər müsabiqə barədə ətraflı məlumatı bu linkdən əldə edə bilər - https://www.ey.com/az/eoy

Finalçılar və qaliblər nüfuzlu sahibkarlar, dövlət şirkətlərinin top menecerləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi