Ru
Bakı
USD
EUR
GBP
RUB

KOBİA il ərzində gənc sahibkarlardan 200-dən çox müraciət alıb

news photo

10.12.2019 14:00 // Cəmiyyət

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) il ərzində gənc sahibkarlardan 200-dən çox müraciət alıb.

Youthportal.az xəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda deyib.

O bildirib ki, müraciətlərin 60 faizi hüquqi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı, 30 faizi maliyyə ehtiyatlarına çıxışın əldə olunması, 10 faizi isə sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı olub.

O.Məmmədov əlavə edib ki, müraciətlərin 30 faizi yeni başlayan sahibkarlar, 70 faizi isə mövcud və ya inkişaf etmiş bizneslə məşğul olan sahibkarlar tərəfindən daxil olub:

“Gənc sahibkarların əsas fəaliyyət sahələri kənd təsərrüfatı, ticarət və xidmət sahələridir”.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi