Ru
Bakı
USD
EUR
GBP
RUB

KOB subyektlərinin maliyyə bazarlarına çıxışına dair müzakirələr aparılacaq

news photo

12.11.2019 15:41 // Cəmiyyət

Noyabrın 14-də Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçiriləcək.

KOBİA-dan Youthportal.az-a bildirilib ki, agentliyin, müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, eləcə də Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı ictimai müzakirələr aparılacaq.Tədbir çərçivəsində, həmçinin müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi xidmətlərin sərgisi təşkil olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi