Ru
Bakı
USD
EUR
GBP
RUB

Klassik və müasir Azərbaycan poeziya nümunələri 2 dildə nəşr olunub

news photo

15.04.2019 11:43 // Cəmiyyət

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan ədəbi-mədəni irsinin qiymətli nümunələri toplu şəklində “Poeziya çələngi. The Garland of Poetry” adlı kitabda oxuculara təqdim olunub.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, topluya klassik və müasir Azərbaycan poeziya nümunələri, xalq mahnıları və bayatılar daxil edilib. Kitab tanınmış ədəbiyyat xadimi, şair Sabir Mustafanın tərcüməsində 2 dildə - Azərbaycan və ingilis dillərində işıq üzü görüb.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitabın Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalarda yerləşdirilməsi, eyni zamanda, klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılarımızın təbliğatı məqsədilə beynəlxalq tədbirlərdə istifadəsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi