Ru
Bakı
USD
EUR
GBP
RUB

Kiyevdə Azərbaycan Milli Ordusunun qüdrəti yüksək qiymətləndirilib

news photo

27.06.2018 16:35 // Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində təntənəli mərasim keçirilib.

Youthportal.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin rəsmilərinin, xarici ölkələrin hərbi attaşelərinin və ictimaiyyət, KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Hərbi parada baxışdan sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 100 il bundan öncə Azərbaycanda yaranmış milli ordunun keçdiyi ağır və şərəfli yoldan danışıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində həyata keçirilmiş qlobal islahatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli addımları nəticəsində Ordumuzun gücü dünyada tanınır.

Son iki əsirdə ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri işğalçılıq siyasətindən söz açan Azərbaycanın Ukraynadakı səfirliyindəki hərbi attaşe aparatının rəhbəri polkovnik İlqar Ağayev bu gün bölgədə böyük gücə və qüdrətə malik olan Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı istənilən zaman Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən tapdağından azad etməyə hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün daha möhkəm, müasir infrastruktura, texnika və silahlara malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı nəticəsində Ordumuz torpaqlarımızı düşmən tapdağından tez bir zamanda azad etməyə qadirdir. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha sübut etdi. Bununla belə, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının baş hərbi əməkdaşlıq və sülhməramlı əməliyyatlar idarəsinin şöbə müdiri, polkovnik Gennadi Kovalenko, Almaniyanın Ukraynadakı səfirliyinin hərbi attaşesi, polkovnik Norbert Hess, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı hərbi mülki əməkdaşlıq idarəsinin rəisi, polkovnik Aleksey Nozdraçhev, Ukrayna Müdafiə Nazirliyinin müdafiə siyasəti, strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq baş idarəsinin rəis müavini, polkovnik Oleq Barabas və digər çıxışçılar Azərbaycan Silahlı Qüvvələrinin yaradılması münasibətilə təbriklərini çatdırıblar. Qeyd edilib ki, son 20 ildə Azərbaycanda bir çox sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində böyük nailiyyətlər əldə olunub. Məhz Bakı şəhərində keçirilən hərbi paradda istər Azərbaycan Silahlı Qüvvələrinin çevik və peşəkar hərbi hazırlığı, istərsə də müasir silah arsenalının nümayiş etdirilməsi onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşısına çıxan bütün maneələri məhv etmək qüdrətinə malikdir.

Tədbirdə Azərbaycan ilə Ukrayna arasında bir çox sahələrlə yanaşı, hərbi texniki əməkdaşlığın inkişaf dinamikasından bəhs olunub.

Bayram süfrəsi ətrafında davam edən tədbirdə geniş konsert proqramı nümayiş etdirilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi