Ru
Bakı
USD
EUR
GBP
RUB

KİV: Kim Çen In dekabrın ortalarında Cənubi Koreyaya səfər edə bilər

news photo

07.12.2018 17:54 // Dünyada

Koreya Respublikasının Prezidenti Mun Çje İn KXDR lideri Kim Çen Inı dekabrın 12-14-də Seula səfərə dəvət edib.

Youthportal.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Coson ilbo" qəzeti məlumat verib.

Prezident Administrasiyasının nümayəndələri dəfələrlə KXDR liderinin səfərinin tarixinin hələ razılaşdırılmadığını bildiriblər.

Buna baxmayaraq, nəşr səfərin artıq hazırlandığını və yalnız təhlükəsizlik baxımından onun təfərrüatlarının açıqlanmadığını yazıb.

Qeyd edək ki, sentyabrda Pxenyanda keçirilmiş 2018-ci ildəki üçüncü Koreya sammitində KXDR lideri yaxın vaxtlarda Cənubi Koreya paytaxtına səfər edəcəyinə dair söz verib. Ardından Cənubi Koreya Prezidenti Mun Çje İn səfərin 2018-ci ilin sonuna qədər baş tutacağını açıqlayıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi