Ru
Bakı
USD
EUR
GBP
RUB

Kitabxanada “Nəsimi ili” çərçivəsində növbəti tədbir

news photo

15.04.2019 14:50 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar pleykast hazırlanıb.

Kitabxanadan Youthportal.az-a bildirilib ki, pleykast da İmadəddin Nəsiminin fotoşəkili, şairin kitabı, üzərində fotoşəkli olan xalça, 600 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli, şairin Hələbdəki (Suriya) məzarı və “Nəsimi” metrostansiyasının kollajının fonunda 17 aktiv nöqtə yerləşdirilib.

Burada “Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Prezidentin sərəncamları, Nəsimi haqqında Azərbaycan və rus dillərində məlumat, Nəsimi yaradıcılığı haqqında, böyük şair-mütəfəkkirin həyatı haqqında 10 maraqlı fakt, “Nəsimi” kinofilmi, nəsimişünas Səadət Şıxıyevanın araşdırmaları, Kamran Yunisin səsləndirməsində Nəsiminin “Hardasan” qəzəli və s. yer alıb.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi