Ru
Bakı
USD
EUR
GBP
RUB

Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb (FOTO)

news photo

19.09.2019 13:15 // Cəmiyyət

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Gəlin, birgə oxuyaq” booktrailer müsabiqəsi və “Mən, Yay, Kitablar - Ən yaxın dostlar” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Youthportal.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd kitab və mütaliəyə olan marağı artırmaq və istedadlı uşaqları üzə çıxarmaqdır.

Tədbirdə iştirakçı uşaqların oxuduqları kitablar əsasında çəkdikləri rəsm əsərləri, kitablar sərgilənib və booktrailer müsabiqəsi üçün göndərilən videoçarx təqdim olunub. Müsabiqə iştirakçıları oxuduqları kitablar haqqında çəkdikləri rəsmlər və hazırladıqları videoçarxla bağlı fikirlərini söyləyiblər, yaranmış təəssüratlarına əsasən həmin kitabları öz həmyaşıdlarına tövsiyə ediblər.

Valideynlər çıxışlarında belə tədbirlərin uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini, həmçinin kitabxanalara marağın artmasında böyük rol oynadığını bildiriblər.

Sonda müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi