Ru
Bakı
USD
EUR
GBP
RUB

Kitabxanada “Könüllülər ili” ilə əlaqədar metodiki tövsiyə hazırlanıb

news photo

29.01.2020 17:14 // Gənclər üçün

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında “Könüllülər ili” ilə əlaqədar metodiki tövsiyə hazırlanıb.

Youthportal.az xəbər verir ki, metodiki tövsiyədə könüllü, könüllülüyün tarixi və könüllülük fəaliyyəti haqqında məlumat verilib. Könüllü hərəkatının müxtəlif təlim və istiqamətlər üzrə inkişafı vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

“Könüllülər ili” ilə əlaqədar hazırlanan metodiki tövsiyədə Yasamal rayon MKS-nin mərkəzi kitabxanası və kitabxana filiallarında il ərzində keçirilməsi zəruri olan tədbirlər öz əksini tapıb.

Bunların arasında “İİV/QİÇS-ə Stop” kampaniyası, Qarabağ cəbhəsindən gələn məktubların toplanması, “Başqasına kömək et – sənə də kömək edərlər” adlı tədbirlərin təşkili, “Dünyanı xeyirxahlıq xilas edəcək” adlı stendlərin hazırlanması, “İstedadlar axtarırıq” istedadlı uşaq və gənclərin dəstəklənməsi, “Fövqəladə hallarda könüllülər” mövzusunda mühazirənin təşkili və s. tədbirlər öz əksini tapıb.

Digər xəbərlər

Xəbər lenti

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi