Ru
Bakı
USD
EUR
GBP
RUB

Kitabxanada “Hüseyn İbrahimov-100” adlı tədbir təşkil edilib

news photo

12.09.2019 14:24 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialı Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi münasibətilə fəal oxucularla birlikdə “Hüseyn İbrahimov-100” adlı tədbir keçirib.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edənlər yazıçının həyat və yaradıcılığı haqqında məlumat veriblər. Qeyd edilib ki, Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri vardır. Yazıçı yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr verib. O, 33 il Naxçıvan Yazıçılar Birliyinə rəhbərlik edib, ədəbi mühitin formalaşmasında böyük xidmətlər göstərib. Yazıçının Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilib. O, “Şöhrət” ordeninə, “Xalq yazıçısı” fəxri adına layiq görülüb, Prezidentin fərdi təqaüdünü alıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi