Ru
Bakı
USD
EUR
GBP
RUB

Kitabxanada Abbas Səhhətin anadan olmasının 145 illiyi qeyd edilib (FOTO)

news photo

24.05.2019 11:21 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq, tərcüməçi Abbas Səhhətin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, tədbiri kitabxananın şöbə müdiri Səidə Sərdarova məktəbliləri uşaq şöbəsi ilə yaxından tanış edib.

Sonra şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.

Tədbirdə Abbas Səhhətin “Vətən” şeiri, “Yaz”, “Qarı və qulluqçuları”, “Tənbəl”, “Ayı və şir”, “Quşlar”, “İt və kölgəsi”, “Yay səhəri” şeirlərini söyləyiblər, “İki uşaq”, “Qarışqa və milçək”, “Tülkü və qurd” təmsilləri əsasında səhnəciklər göstərilib.

Sonda məktəblilər “Abbas Səhhət–145” başlığı altında təşkil olunmuş sərgi ilə tanış olublar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi