Ru
Bakı
USD
EUR
GBP
RUB

Kitabsevərlər üçün vizual səyahət

news photo

24.01.2019 13:09 // Cəmiyyət

Hər birimiz kitabın üz qabığına görə onu mühakimə etməyin doğru olmadığını bilirik. Kitabın görünüşü deyil, onun içindəkilər bizi maraqlandırmalıdır. Lakin bunu qəbul etməliyik ki, insan gözü ilk kitabın üzqabığını görür. Daha sonra kitabın nədən bəhs etdiyini əks etdirən məzmunu oxuyuruq . Dünyanın dörd bir yanında öz xüsusi memarlığ üslubu və dizaynı ilə diqqət çəkən kitabxanalar mövcuddur.

Həmin kitabxanalar ölkənin tarixini, mədəniyyətini əks etdirir və onun ədəbiyyata olan sevgisinin göstəricisidir. Gəlin birlikdə məcara, informasiya, ilham dolu, eyni zamanda arxitekturası ilə məşhur olan kitabxanaları kəşf edək.

Vasconcelos Kitabxanası, Meksika

Memar Alberto Kalach tərəfindən dizayn olunmuş kitabxanaya girən kimi nəhəng bir balina skleti ilə qarşılaşacaqsınız. Kitabların düzüldüyü rəflər isə sanki “havada uçuşur” görüntüsünü verir. Kitabxana Meksika tarixinin önəmli şəxsiyyətlərindən olan filosof, siyasətçi Jose Vasconcelosun adını daşıyır. “Mega Library” kimi adlandırılan bu kitabxananın şəhərin səs-küyündən uzaq botanika bağı var. Kitabxananın şüşə rəflərinin üstündə 500 mindən artıq kitab yerləşir.

Kanazawa Umimirai Kitabxanası, Yaponiya

Üç mərtəbəli, məkanı aydınlatan ağ dəlikli böyük pəncərələri olan qutu kimi dizayn olunub. Kitabxanaya gələn ziyarətçilər divarları polka-dot nümunəli bir tabloya bənzdirlər. Əlbəttə, divarda olan altı min şüşə dəliklərin bir hekayəsi var. Belə ki, boşluqlardan gələn ışıq kitabların arasından süzülərək məkanın meşə kimi görünməsinə səbəb olur. Eyni zamanda kitabxanada teatr zalı, iclas zalları var. Belə ki, kitabxana olduqca geniş və sakit bir mühitə malikdir.

Stuttgart Xalq Kitabxanası, Almaniya

Stuttgart Xalq Kitabxanası 2011-ci ildə Koreyalı memar Eun Young Yi tərəfindən inşa edilmişdir. İşıltılı dizayni ilə diqqət çəkən kitabxana gecə boyunca mavi bir rəngdə parıldayır. Stuttgart hər millətdən insana açıq intellektual  və mədəniyyət mərkəzi halına gəlmişdir. Kub şəklində dizayn edilmiş binanın dörd girişi var. Hər girişdə 4 fərqli dildə,-şimalda almanca , cənubda ərəbcə, şərqdə koreya dilində, qərb tərəfdə olan divarda isə İngiliscə,- kitanxana sözü yazılmışdır.

Sainte-Genevieve Kitabxanası, Fransa

Sainte-Genevieve Kitabxanası Paris Universiteti tələbəli üçün araşdırma və istinad mərkəzi olaraq istifadə olunur. XIX əsrin ortalarında məşhur memar Henri Labrouste tərəfindən inşa edilən kitabxana arxitekturasına görə dünyada olduqca məşhurdur. Burada 1860-ci ildən indiyədək, əlyazmalar daxil olmaqla, iki milyondan çox sənəd əldə edə bilərsiniz. Əlbəttə ki, qiymətli kitablar kirayə verilmir. Kitabxana girmək üçün əvvəlcədən rezervasiya etməyiniz lazım gəlir.

Bakı Kitab Mərkəzi, Azərbaycan

2018-ci ilin sentyabr ayının birindən fəaliyyətə başlayan kitabxanada azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar var. Kitabxanada yerli, turist əhalinin diqqətini cəlb edəcək, milli ornamentlərini özündə əks etdirən suvinerlər satılır. Geniş interyerə malik olan kitabxananın birinci mərtəbəsində azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar kitab rəflərində öz yerini tutur.

Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrı, uşaqlar üçün isə ayrıca guşələr fəaliyyət göstərir.

Youthportal.az

Kərimova Yasemen

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi