Ru
Bakı
USD
EUR
GBP
RUB

Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi

news photo

15.04.2019 13:39 // Cəmiyyət

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Youthportal.az-a bildirib ki, iclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı sərəncamın icrasına uyğun olaraq, müzakirələr aparılıb, təkliflər verilib. Həmin sərəncamın icrasına uyğun, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsiylə veteranlara və gənclərə mütamadi olaraq maddi yardımlar ediləcək.

Daha sonra qrumun sözçüsü qeyd edib ki, iclasda İttifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün “Yeni nəfəs” Milli Mükafatı(pullu mükafat) təsis olunub. Bu mükafat hər il 2 avqust “Milli Kino” Günündə yaradıcıllıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək.

Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilib, 30 dan çox kino sahəsində çalışan şəxslər İttifaqa üzv qəbul edilib.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi