Ru
Bakı
USD
EUR
GBP
RUB

Kimyaçı alimlərimizin elmi məqaləsi “Springer” nəşriyyatı tərəfindən çap olunmuş kitaba daxil edilib

news photo

09.01.2019 17:04 // Cəmiyyət

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri Asif Məmmədov, Ziya Əliyev və Məhəmməd Babanlının elmi məqaləsi “Springer” nəşriyyatı tərəfindən çap olunmuş “Qeyri-səlis sistemlərin və soft kompyutinqin nəzəriyyəsi və tətbiqi üzrə XIII beynəlxalq konfransın materialları” kitabına daxil edilib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan Youthportal.az-a bildiriblər ki, məqalə institut əməkdaşlarının görkəmli alim, professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin kimyəvi sistemlərə tətbiqinə həsr olunmuş ilk elmi əsəridir.

Məqalədə qeyri-səlis sistemlərin çoxhədəfli genetik alqoritmi vasitəsilə faza tarazlıqlarının termodinamiki hesablanması üçün yeni tənliklər sistemi alınıb. Habelə likvidus və solidus sahələri, bərk məhlulların binodal və spinodal sərhədlərinin ilkin termodinamiki parametrlərə (ərimə entalpiya və entropiyası, komponentlərin termodinamiki aktivliyi) nəzərən həssaslığı qiymətləndirilib. Müəyyən edilib ki, faza diaqramlarının koordinatlarının entropiyanın qiymətlərinə nəzərən həssaslığı entalpiyanın qiymətlərinə nisbətən bir tərtib çoxdur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi